Misir ordusunun baş qərargah rəisi Qəzza ilə sərhədə səfər edib

DÜNYA
20:36 05.09.2024
149
Misir ordusunun baş qərargah rəisi general-leytenant Əhməd Fəthi Xəlifə təhlükəsizlik vəziyyətini yoxlamaq üçün ölkənin Qəzza zolağı ilə sərhədinə səfər edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edək ki, Qəzza-Misir sərhədində yerləşən Filadelfi dəhlizi Qəzzada qarşıdurmaların dayandırılmasını və israilli girovların fələstinli əsirlərin müqabilində ölkələrinə qaytarılmasını nəzərdə tutan razılaşmanın qarşısında ən böyük maneələrdən biri olub.
 
OXŞAR XƏBƏRLƏR