Dünya şöhrətli aktyor vəfat etdi

DÜNYA
12:50 10.09.2024
143
"Star Wars" film seriyasında mənfi Darth Vaderi obrazını canlandıran dünya şöhrətli aktyor Ceyms Erl Consun vəfat edib.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Consunun ölüm xəbərini onun meneceri açıqlayıb.
 
Məlumata görə, Conson Nyu-Yorkdakı evində ölü tapılıb.
 
Onun ölüm səbəbi hələ müəyyən edilməyib.

Qeyd edək ki, 93 yaşlı tanınmış aktyor karyerası boyunca 200-dən çox film və televiziya tamaşasında rol alıb, eyni zamanda unudulmaz filmlərdəki performansları ilə kinosevərlərin qəlbini fəth edən aktyor EGOT mükafatını qazanan nadir adlardan biri olub.

Mikayıl
OXŞAR XƏBƏRLƏR