İki vəkilin fəaliyyəti dayandırıldı

SOSİAL
21:52 25.09.2024
206
Bu gün Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZXEBER.COM xəbər verir ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib.

Bundan başqa, 1 vəkilə irad, 2 vəkilə isə xəbərdarlıq olunub.
OXŞAR XƏBƏRLƏR