Bakıda 20 yaşlı oğlan qətlə yetirildi - 16 yaşlı gənc saxlanıldı

SOSİAL
09:46 02.10.2024
179
Bakıda 20 yaşlı gənc qətlə yetirilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də səhər saatlarında paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü E. S. müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR