Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkarlanan 4 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi açıqlanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib:
"Qəhrəman Türk Silahlı Qüvvələrimizin terrora və terrorçulara qarşı mübarizəsi dağdan, yamacdan asılı olmayaraq gecə-gündüz əzmlə davam edir. Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində 4 PKK/YPG terrorçusu aşkarlanaraq zərərsizləşdirilib".
Oksana