Alınan son məlumata görə, Türkiyənin Sivas bölgəsində 4,7 bal gücündə zəlzələ olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə AFAD məlumat verib.
Zəlzələ yerli vaxtla 12:29-da baş verib.
Zəlzələnin 10,57 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
4,7 bal gücündə zəlzələdən sonra 3,3, 3,1 və 4,1 bal gücündə 3 afterşok qeydə alınıb.
Oksana