Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib. Məlumata görə, 3,1 bal gücündə olan zəlzələ 23 oktyabr yerli vaxtla 23:57-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 45 kilometr olub.