13 ildir "Qalatasaray"ın qapısını qoruyan uruqvaylı qapıçı Muslera haqqında iddialar ortaya atılıb.
AZXEBER.COM xəbər verir ki, Uruqvay mətbuatında yer alan xəbərə görə Muslera mövsümün sonunda "Qalatasaray"dan ayrılmaq qərarına gəlib.
Xəbərlərdə 2011-2012 mövsümündən bəri "Qalatasaray"da çıxış edən 38 yaşlı qolkiperin müqaviləsinin bu yay başa çatacağı və Musleranın Uruqvaya qayıdacağı bildirilib.
Qeyd edək ki, Fernando Muslera "Qalatasaray”la 7 dəfə Superliqa çempionluğu, 4 dəfə Türkiyə kubokunun qalibi olub, sarı-qırmızılı forma ilə 6 dəfə Türkiyə Superkubokunu qazanıb.
Aysel