Muslera "Qalatasaray"dan gedir?

Muslera "Qalatasaray"dan gedir?
İDMAN
07:03 27.12.2024
426
13 ildir "Qalatasaray"ın qapısını qoruyan uruqvaylı qapıçı Muslera haqqında iddialar ortaya atılıb.
 
AZXEBER.COM xəbər verir ki, Uruqvay mətbuatında yer alan xəbərə görə Muslera mövsümün sonunda "Qalatasaray"dan ayrılmaq qərarına gəlib.
 
Xəbərlərdə 2011-2012 mövsümündən bəri "Qalatasaray"da çıxış edən 38 yaşlı qolkiperin müqaviləsinin bu yay başa çatacağı və Musleranın Uruqvaya qayıdacağı bildirilib.
 
Qeyd edək ki, Fernando Muslera "Qalatasaray”la 7 dəfə Superliqa çempionluğu, 4 dəfə Türkiyə kubokunun qalibi olub, sarı-qırmızılı forma ilə 6 dəfə Türkiyə Superkubokunu qazanıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR