Qəzzada ölənlərin sayı artdı

DÜNYA
16:15 11.02.2025
143
Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi İsrail ordusunun İsraillə HƏMAS arasında atəşkəsin 22-ci günündə həyata keçirdiyi hücumlar nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı paylaşıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, son 24 saat ərzində xəstəxanalara 11 ölü və 10 yaralı daxil olub.
 
Həyatını itirənlərdən 8-nin dağıntılar altından çıxarıldığı bildirilib.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 48 min 219 nəfərə, yaralıların sayı isə 111 min 665 nəfərə yüksəlib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR