Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həyatını itirib.
AZXEBER.COM xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində ölən şəxs Cəlilabad şəhər sakini, 48 yaşlı Azər Maarif oğlu Cəlilovdur.
Məlumata görə, A.Cəlilov müharibənin gərgin döyüşlərinin getdiyi Donetsk istiqamətində həlak olub. O, son 10 ildə Rusiyada yaşayırdı və Moskva şəhərində fəhlə kimi çalışırdı. İki övlad atası olan Cəlilovun cənazəsi artıq doğulduğu Cəlilabad şəhərinə gətirilərək dəfn olunub.