Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
SOSİAL
13:40 02.03.2025
445
Milli Hidrometeorologiya Xidməti martın 3-ü gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə AZXEBER.CCOM-a Xidmətdən bildirilib.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Goranboy, Daşkəsən, Laçın, Kəlbəcər, Zəngilan, Qobustan, Neftçala, Yardımlı, Lerik, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qusar, Naxçıvan, Culfa və Ordubadda fasilələrlə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR