Vaşinqtondan yeni yardım olmasa, Ukraynadakı Patriot raketlərinin tədarükü bir neçə həftəyə tükənə bilər.
Bu barədə CNN telekanalı Ukrayna rəsmisinə istinadən məlumat yayıb.
Telekanal qeyd edir ki, Ukrayna ordusunu hazırda Patriot sistemlərini əvəz edə biləcək alternativi yoxdur.
CNN onu qeyd edib ki, Kiyevin arsenalında sözügedən zenit sistemləri üçün dəqiq neçə raket qaldığı hələ də məlum deyil.
///APA