Ermənistan Aİ-də hərbi attaşe təyin edəcək

Ermənistan Aİ-də hərbi attaşe təyin edəcək
DÜNYA
18:57 06.03.2025
354
Ermənistan hökuməti bu gün keçirilən iclasda Avropa İttifaqında (Aİ) hərbi attaşenin təyin edilməsi barədə qərar qəbul edib.

Bu barədə hökumətin saytında dərc edilmiş əsaslandırmada qeyd olunub.

Sənəddə bildirilib ki, qərar Ermənistanla Aİ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətli inkişafı nəzərə alınaraq qəbul edilib.

Qeyd olunub ki, NATO-dakı hazırkı hərbi attaşe həm də Aİ-də hərbi attaşe vəzifəsinə təyin ediləcək.
 
///report
OXŞAR XƏBƏRLƏR