İlin ilk Günəş tutulması başladı

İlin ilk Günəş tutulması başladı
MARAQLI
13:10 29.03.2025
324
Bu gün 2025-ci ilin ilk Günəş tutulması başlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, bu, qismən Günəş tutulmasıdır.

Tutulma bu gün saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.

Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.
OXŞAR XƏBƏRLƏR