Mətbuat Şurası: "Deutsche Welle"nin aşkar ermənipərəst mövqeyi yolverilməzdir - BƏYANAT

Mətbuat Şurası: "Deutsche Welle"nin aşkar ermənipərəst mövqeyi yolverilməzdir - BƏYANAT
MEDIA
18:14 31.03.2025
520
Azərbaycan Mətbuat Şurası Almaniyanın "Döyçe Velle” (Deutsche Welle) platformasında Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı yayımlanmış sənədli filmi jurnalistika prinsiplərinə zidd hal kimi qiymətləndirir, media qurumunun anti-Azərbaycan dəst-xəttindən təəssüfləndiyini bildirir. 

Məlumdur ki, sənədli film Fransanın erməni lobbisi tərəfindən hazırlanıb və tərcümə edilərək olduğu kimi "Döyçe Velle”də yayımlanıb. Orada dinc azərbaycanlıların düşdükləri acınacaqlı durumu əks etdirən video-görüntülər yer alıb. Həmin kadrlardakı şəxslərin Qarabağı tərk etmiş ermənilər olaraq qələmə verilməsindən tutmuş, ekspert qismində yalnız etnik ermənilərin fikir bildirmələrinədək bir çox müxtəlif məqamlar tərəfkeşlik, sivil peşə normalarına həqarətdir. 

"Döyçe Velle”nin aşkar ermənipərəst mövqeyi yolverilməzdir. Belə qənaətə gəlmək olar ki, telekanal Avropanın və dünyanın ictimai rəyini yanlış yönləndirmək, Cənubi Qafqazda vəziyyəti gərgin saxlamaq istəyən qüvvələrin lokal maraqlarına xidmət niyyəti güdür. Media qurumunun saxtakarlığı, peşədən sui-istifadə təmayülü özünü Azərbaycan və Ermənistan arasındakı münaqişəli duruma dini don geydirmək cəhdində də göstərir. Bu, məqsədyönlü şəkildə, erməni təbliğatçıların dili ilə dövriyyəyə buraxılmış, olduqca yanlış və təhlükəli yanaşmadır.

Azərbaycan Mətbuat Şurası yaxın keçmişin xoşagəlməz təcrübəsinə əsaslanaraq, bütövlükdə Almaniya və Qərb mediasının Cənubi Qafqazda sabitliyin, asayiş və firavanlığın formalaşmasına maneçilik törətmə ehtimalı böyük olan hərəkətlərdən çəkinməsinin vacibliyini vurğulayır, jurnalistika prinsiplərinə sadiqliyi regionun hazırkı həssas durumuna adekvat münasibət göstəricisi hesab edir. 

Mətbuat Şurası bir daha "Döyçe Velle” telekanalının qeyri-peşəkar fəaliyyət tərzindən təəssüfləndiyini bildirir. Bu fəaliyyət qəbuledilməz yanaşmadır və regionda sülh gündəliyinə ciddi zərbədir. Media orqanını Azərbaycan və Ermənistan arasında yeni qarşıdurma yarada biləcək təqdimatlardan uzaq durmağa, əsl həqiqətləri cəfəng baxış və düşüncələrə qurban verməməyə, obyektivliyə və qərəzsizliyə söykənməklə öz yayım siyasətində dəyişikliklər aparmağa çağırır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır