Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başladı
MEDIA
12:07 08.04.2025
520
Report İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev adıçəkilən media qurumundan ayrılıb.

AZXEBER.COM-un xəbərinə görə, Murad Əliyev Yurd.media adlı yeni xəbər saytı qurub.

Həmkarımız bu barədə özünün sosial şəbəkə hesabında yazıb:

"Biz başladıq! Azərbaycanın bütün bölgələrinin həyatını işıqlandıran xəbər, multimedia, araşdırma portalı kimi fəaliyyətə start verdik.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə tarixi qələbə ilə bitən Vətən müharibəsi və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi bizə bu yola düzəlməyə qol-qanad verdi. Məhz böyük Zəfərdən sonra yurdumuzun hər qarışı ilə bağlı doğru və dolğun məlumatların yayılması zərurəti yaranır.

İndi dünya düzəni dəyişir. Azərbaycan yeni reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur. Hər rayonumuzun, hər kəndimizin bu inkişafda müstəsna rolu olmalıdır. Çünki, son illər ölkədə qeyri-neft sektorunun inkişafına ayrılan diqqət bölgələrin tam həcmdə istifadə olunmayan potensialını üzə çıxarır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər, lakin, sadəcə olaraq, oturub bu investisiyaları gözləmək olmaz. Yurd.media da bölgələrdə həm xarici, həm də yerli investorları maraqlandıracaq iqtisadi imkanları araşdırmaqla bu missiyaya öz tövhəsini verməyi hədəfləyir.

Regionlarda dövlət idarəçiliyinin təkmilləşdirilməsi bizə, artıq Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla, bütün rayonlarda öz işimizi tam həcmdə görmək üçün münbit şərait yaradır. Görülməsi planlaşdırılan işləri isə sadalamaq yox, həyata keçirib portalımızda nəticələrini dərc etməyi üstün tuturuq.

Bir sözlə, Milli mətbuatımızın 150 illik tarixinin ən qüdrətli Azərbaycanı haqqında yazmaq üçün gəlib Yurd.media!

Bu yolda bütün dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti nümayəndələrini məhsuldar əməkdaşlığa dəvət edirik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır