Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başladı
MEDİA
12:07 08.04.2025
199
Report İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev adıçəkilən media qurumundan ayrılıb.

AZXEBER.COM-un xəbərinə görə, Murad Əliyev Yurd.media adlı yeni xəbər saytı qurub.

Həmkarımız bu barədə özünün sosial şəbəkə hesabında yazıb:

"Biz başladıq! Azərbaycanın bütün bölgələrinin həyatını işıqlandıran xəbər, multimedia, araşdırma portalı kimi fəaliyyətə start verdik.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə tarixi qələbə ilə bitən Vətən müharibəsi və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi bizə bu yola düzəlməyə qol-qanad verdi. Məhz böyük Zəfərdən sonra yurdumuzun hər qarışı ilə bağlı doğru və dolğun məlumatların yayılması zərurəti yaranır.

İndi dünya düzəni dəyişir. Azərbaycan yeni reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur. Hər rayonumuzun, hər kəndimizin bu inkişafda müstəsna rolu olmalıdır. Çünki, son illər ölkədə qeyri-neft sektorunun inkişafına ayrılan diqqət bölgələrin tam həcmdə istifadə olunmayan potensialını üzə çıxarır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın müasir infrastruktur potensialını nəzərə alaraq hər bir rayon investorlar üçün cəlbedici ola bilər, lakin, sadəcə olaraq, oturub bu investisiyaları gözləmək olmaz. Yurd.media da bölgələrdə həm xarici, həm də yerli investorları maraqlandıracaq iqtisadi imkanları araşdırmaqla bu missiyaya öz tövhəsini verməyi hədəfləyir.

Regionlarda dövlət idarəçiliyinin təkmilləşdirilməsi bizə, artıq Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla, bütün rayonlarda öz işimizi tam həcmdə görmək üçün münbit şərait yaradır. Görülməsi planlaşdırılan işləri isə sadalamaq yox, həyata keçirib portalımızda nəticələrini dərc etməyi üstün tuturuq.

Bir sözlə, Milli mətbuatımızın 150 illik tarixinin ən qüdrətli Azərbaycanı haqqında yazmaq üçün gəlib Yurd.media!

Bu yolda bütün dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti nümayəndələrini məhsuldar əməkdaşlığa dəvət edirik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yango Azerbaijan: Bakıda sürücülər bir-birilərinə qarşı nəzakətli olmağı və hörmət etməyi qiymətləndirirlər
18:56 17.04.2025
Yango Azerbaijan: Bakıda sürücülər bir-birilərinə qarşı nəzakətli olmağı və hörmət etməyi qiymətləndirirlər
KİV: "Real"ın baş məşqçisi klubdan ayrılacaq
18:56 17.04.2025
KİV: "Real"ın baş məşqçisi klubdan ayrılacaq
Yurgen Klopp Braziliya yığmasını və ya "Real"ı çalışdıra bilər
18:43 17.04.2025
Yurgen Klopp Braziliya yığmasını və ya "Real"ı çalışdıra bilər
Səudiyyə Ərəbistanının müdafiə naziri İrana səfər edib
18:29 17.04.2025
Səudiyyə Ərəbistanının müdafiə naziri İrana səfər edib
"Fransa öz maraqları naminə Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır"
18:18 17.04.2025
"Fransa öz maraqları naminə Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır"
Seldə həlak olanlardan biri sabiq deputatın bacısı oğludur
17:52 17.04.2025
Seldə həlak olanlardan biri sabiq deputatın bacısı oğludur
Nazir müavini təyin edilən Rəşad Mustafayev kimdir? - DOSYE
17:45 17.04.2025
Nazir müavini təyin edilən Rəşad Mustafayev kimdir? - DOSYE
Yeni nazir müavini Anar Bayramov kimdir?
17:28 17.04.2025
Yeni nazir müavini Anar Bayramov kimdir?
Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olundu
17:21 17.04.2025
Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olundu
İtaliyada DAŞQIN: qırmızı xəbərdarlıq verildi
17:17 17.04.2025
İtaliyada DAŞQIN: qırmızı xəbərdarlıq verildi
"Qızın səndən küsüb, çiçək qoxulu anam" - Anasını itirən Xoşqədəm
17:13 17.04.2025
"Qızın səndən küsüb, çiçək qoxulu anam" - Anasını itirən Xoşqədəm
Aparıcılar arasında qalmaqal: "Sənə yerini bildirməliyəm"
17:03 17.04.2025
Aparıcılar arasında qalmaqal: "Sənə yerini bildirməliyəm"
"Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir"
16:57 17.04.2025
"Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələr üzrə inkişaf edir"
Aqil Ələsgər Şimali Kipr mediasına danışdı: “Prezident İlham Əliyevin mövqeyi Türk dünyasına açıq mesajdır”
16:54 17.04.2025
Aqil Ələsgər Şimali Kipr mediasına danışdı: “Prezident İlham Əliyevin mövqeyi Türk dünyasına açıq mesajdır”
Türkiyədə 3 ayda 5 cinayətkar təşkilat məhv edildi
16:47 17.04.2025
Türkiyədə 3 ayda 5 cinayətkar təşkilat məhv edildi
Delfinlərin səsini analiz edən süni intellekt modeli yaradıldı
16:41 17.04.2025
Delfinlərin səsini analiz edən süni intellekt modeli yaradıldı