​​​​​​​Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto

​​​​​​​Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
SOSİAL
12:52 17.04.2025
365
Daha 3 itkin şəhid dəfn ediləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Mübariz Sabəddin oğlu Hüseynov aprelin 18-i saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ələsgər Fərzalı oğlu Mirzəliyev saat 13:30-da Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi Lələtəpə qəbiristanlığında, Münasib Namaz oğlu Mehdiyev saat 14:00-da Samux rayonu, Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılacaq.
 

 


OXŞAR XƏBƏRLƏR