“Qalatasaray” növbəti qələbəsini qazandı

“Qalatasaray” növbəti qələbəsini qazandı
İDMAN
23:12 18.04.2025
977
Türkiyə Super Liqasında XXXII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün lider "Qalatasaray” meydana çıxıb.

Komanda "Bodrumspor”la qarşılaşıb. Görüşə "sarı-qırmızılılar” fəal başlayıblar.

İlk hissədə Lukas Torreyra fərqlənib. İkinci yarıda "Cimbom” daha bir qol vurub. Davinson Sançez komandasına qələbə qazandırıb - 2:0.

Bununla da, "Qalatasaray” "Fənərbaxça” ilə xal fərqini 6-ya yüksəldib.
OXŞAR XƏBƏRLƏR