Qəzzada ölənlərin sayı artdı

Qəzzada ölənlərin sayı artdı
DÜNYA
14:18 22.04.2025
165
Qəzzaya hücumlarda ölənlərin sayı artıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzzada 26 nəfər ölüb, 60 yaralı xəstəxanalara çatdırılıb.

Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 1890 fələstinlinin həyatını itirdiyi, 4950 nəfərin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 51 min 266 nəfərə, yaralı sayının isə 116 min 991 nəfərə yüksəldiyi bildirilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR