Oğuzda avtomobil ağaca çırpıldı: xəsarət alanlar var

Oğuzda avtomobil ağaca çırpıldı: xəsarət alanlar var
HADİSƏ
20:58 29.04.2025
222
Oğuz-Xaçmaz avtomobil yolunda minik avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, "VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlər — rayonun Xaçmaz kənd sakinləri Ceyhun Carı oğlu Cəlolov və Azər Osman oğlu Əhmədov — müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır.
 
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR