Sabah bu ərazilərdə su olmayacaq

Sabah bu ərazilərdə su olmayacaq
SOSİAL
15:45 30.04.2025
388
Sabahdan etibarən Sumqayıt şəhərini içməli su ilə təmin edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq şəhərin bəzi ərazilərində, həmçinin Müşfiqabad, Atyalı və 28 May qəsəbələrinin bir hissəsində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, təmir işləri mayın 3-ü axşam saatlarında başa çatdırılacaq və həmin vaxtdan etibarən suyun verilməsi əvvəlki rejimlə bərpa olunacaq.
OXŞAR XƏBƏRLƏR