"Yaqublu QPS qolu qaz kəməri”nin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar sabah saat 10:00-dan etibarən "Oğuz(Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə AZXEBER.COM-a "Azəriqaz” İB-dən bildirilib.
Bununla əlaqədar Oğuz şəhər mərkəzi daxil olmaqla və rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.