İsrailin hücumlar həyata keçirdiyi Qəzza zolağında həyatını itirənlərin sayı yenidən artıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına intensiv hücumları davam etdikcə, ölən və yaralananların sayı artır.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, son 24 saatda 34 nəfərin həyatını itirdiyi, 145 nəfərin isə yaralandığı bildirilib.
Daha əvvəl həyatını itirmiş 4 nəfərin cəsədinin tapıldığı da bildirilib. Bununla da həyatını itirənlərin sayı 52 min 653 nəfərə, yaralıların sayı isə 118 min 897 nəfərə yüksəlib.
İsrailin atəşkəsi birtərəfli qaydada pozduğu 18 martdan bu yana 2545 fələstinlinin həyatını itirdiyi, 6856 fələstinlinin isə yaralandığı bildirilib.
Gülay