Oğuzda avtomobil aşıb, xəsarət alanlar var

Oğuzda avtomobil aşıb, xəsarət alanlar var
HADİSƏ
23:42 07.05.2025
931
Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Zərrab kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, Oğuz rayon sakininin idarə etdiyi "VAZ-21012” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda onlara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

/APA

OXŞAR XƏBƏRLƏR