İki İcra Hakimiyyətinin birgə sosial layihəsi - FOTOLAR

İki İcra Hakimiyyətinin birgə sosial layihəsi - FOTOLAR
SOSİAL
14:36 08.05.2025
467
Xalqımızın azadlığı və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələri dövlətin və cəmiyyətin daim diqqət və qayğısı ilə əhatə olunurlar. 
AZXEBER.COM xəbər verir ki, Naftalan və Yevlax İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşan sosial layihə çərçivəsində Yevlax şəhərindəki bir qrup şəhid ailəsi beynəlxalq turizm mərkəzi Naftalan şəhərində fəaliyyət göstərən "Sun City Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində müayinədən keçərək müalicə alır, istirahət edirlər.
Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov və Yevlax ŞİH-nin başçısı  Anar Tağıyev "Sun City Naftalan”da şəhid ailələrini ziyarət edib, onlara yaradılan şəraitlə tanış olub, müalicə prosesi ilə maraqlanıblar.
Görüş zamanı vurğulandı ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu ailələr hər zaman dövlətin xüsusi himayəsindədir. Torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın ailələrinə göstərilən bu diqqət onların müqəddəs fədakarlığına verilən ən ali dəyərin ifadəsidir.
Səmimi söhbət zamanı Şəhid ailələri onlara, eləcə də bütün şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edib, onların müalicə və istirahəti üçün yaradılan şəraitin diqqət və qayğının əyani təzahürü olduğunu bildiriblər. 
Qeyd edək ki, sosial layihəyə 2022-ci ilin iyul ayında start verilib. Ötən dövr ərzində Naftalan Şəhər İcra Hakimiyyətinin Abşeron, Nizami, Yevlax və Tərtər Rayon İcra Hakimiyyətlərinin birgə reallaşan sosial layihələri çərçivəsində şəhid ailələri və qazilər şəhərimizdə fəaliyyət göstərən Müalicə Mərkəzlərində müalicə alıb, istirahət ediblər.

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR