Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR

Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR
SOSİAL
15:50 15.05.2025
393
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı səyyar qəbul qrafikinə uyğun olaraq bir sıra küçələrin sakinləri ilə görüşüb.
AZXEBER.COM xəbər verir ki, görüşdə şəhər polis şöbəsinin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Qəbula gələn sakinlərin müraciətlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.

 

 

 


OXŞAR XƏBƏRLƏR