Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
SOSİAL
21:42 10.06.2025
812
Sabah Bakının Suraxanı rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu ərazisində orta təzyiqli qaz xətti üzərində ölçü qovşağının quraşdırılması məqsədi ilə iyunun 11-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR