Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə gedəcək.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsinin direktoru Fahrettin Altun sosial media hesabında "Azərbaycan Prezidenti cənab İlham Əliyev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 19 iyun 2025-ci il cümə axşamı ölkəmizə səfər edəcək” deyə açıqlama verib.
Səfərin möəqsədi haqqında açıqlama verən Altun "Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevralında ölkəmizdə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda "Azərbaycan Məhəlləsi” adı ilə inşa edilən daimi yaşayış evi layihəsinin açılışı olacaq. Səfər çərçivəsində cari regional hadisələr, o cümlədən Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərlə bağlı fikir mübadiləsinin aparılması da nəzərdə tutulub”.
Gülay