Ukrayna çərşənbə gününə keçən gecə Rusiyanın Rostov vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib, ölən və yaralanan yoxdur.
Bu barədə vilayətin qubernatoru Yuri Slyusar məlumat verib.
"PUA-lar Taqanroq, Azov və Rodionovo-Nesvetayski rayonunda vurulub", - region rəhbəri bildirib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində bir neçə mülki obyekt - taxıl anbarı, məktəb, yaşayış evləri və idman kompleksi zədələnib.
"Xəsarət alan olmayıb”. - Slyusar əlavə edib.
///report