Sosial media fenomeni canlı yayımda öldürüldü

Sosial media fenomeni canlı yayımda öldürüldü
DÜNYA
12:25 25.06.2025
301
Venesuelada 25 yaşlı TikTok fenomeni Jesus Sarmiento canlı yayım zamanı evinə silahlı basqın zamanı güllələnərək öldürülüb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə gənc oğlanın TikTok-da bəzi yüksək rütbəli dövlət məmurlarını və dəstə liderlərini adlarını çəkərək onu zorla həbs etməkdə ittiham etməsindən qısa müddət sonra baş verib.

O, həmçinin Venesuelanın ən təhlükəli dəstələri "Tren del Llano" və "Tren de Araqua" tərəfindən təhdid edildiyini bildirib və təhlükəsizlik qüvvələrini işarələyərək kömək istəyib.

O, canlı yayımda ev ünvanını paylaşıb və dövlət qurumlarından müdafiə olunmasını xahiş edib. O, daha əvvəl də polis tərəfindən qaçırıldığını və həbsxanada olarkən də təhdidlərə məruz qaldığını izah edib.

Venesuela Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Baş prokuror Tarek William Saab sui-qəsdi həyata keçirənlərin müəyyən edilərək cəzalandırılması üçün çalışdıqlarını açıqlayıb.

Gülay
OXŞAR XƏBƏRLƏR