Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxsə hökm oxunub

Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxsə hökm oxunub
SOSİAL
19:33 30.06.2025
254
 
Vətəndaşlardan barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul almaqda təqsirləndirilən Taleh Qədirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AZXEBER.COM Apa-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Taleh Qədirov 7 il müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

  
Qeyd edək ki, Taleh Qədirov ötən ilin iyul ayında saxlanılaraq istintaqa təhvil verilib. İttihama görə, təqsirləndirilən şəxs özünü qazi kimi təqdim edib və müxtəlif şəxslərdən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif məbləğlərdə pul alıb.

Ona şəxsə Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR