ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar elan edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bununla bağlı nazirliyin veb səhifəsində məlumat verilib.
İran neftinin alınması və daşınmasında iştirak etmiş qurumlara sanksiyalar tətbiq edilib.
Sözügedən qurumların arasında SEPAH-ın Qüds qüvvələri ilə əlaqəsi olanlar da var.