Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
SOSİAL
09:26 09.07.2025
245
Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq.

AZXEBER.COM xəbər verir ki, buna səbəb şəhərin Əliqulu Qəmküsar, Babək və Əlincə məhəllələrini su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılmasıdır.

Odur ki, saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər bu gün yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
OXŞAR XƏBƏRLƏR