Zaqatalada fərdi yaşayış evi yanıb

Zaqatalada fərdi yaşayış evi yanıb
HADİSƏ
08:46 29.07.2025
126
Zaqatala rayonunun Bəhmətli kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları 140 m² sahədə yanıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR