Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
SOSİAL
00:16 01.08.2025
1134
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

AZXEBER.COM xatırladır ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib.

Ulu Öndər fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək prinsipial mövqeyini göstərib.

1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir.

H.Əliyev 2001-ci il iyulun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da isə "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar imzalayıb. 2003-cü il yanvarın 2-də isə Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar imzalanıb.

Prezident "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edib.

Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Dövlət başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilinin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
10:36 29.10.2026
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
10:34 29.10.2026
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
10:30 29.10.2026
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
10:27 29.10.2026
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
10:26 29.10.2026
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
10:24 29.10.2026
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər
10:23 29.10.2026
Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər
Azərbaycanda yeni ombudsman seçiləcək
10:19 29.10.2026
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
09:57 29.10.2026
Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər
Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT
09:43 29.10.2026
Xocalıdan gətirdiyi tüfənglə anasını öldürdü - TƏFƏRRÜAT
Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı
09:36 29.10.2026
Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
09:30 29.10.2026
Azərbaycan millisi U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
09:28 29.10.2026
Şəmkirdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
09:15 29.10.2026
Azərbaycan Kubokunun II təsnifat mərhələsinə bu gün yekun vurulur
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
09:13 29.10.2026
Konstitusiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
09:11 29.10.2026
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi