“WhatsApp”da daha bir YENİLİK

“WhatsApp”da daha bir YENİLİK
DÜNYA
00:36 22.08.2025
426
Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan "WhatsApp” yeni avto-cavab funksiyası əlavə olunub.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bu yenilik sayəsində istifadəçilər qarşı tərəf zəngə cavab vermədiyi halda ona səsli mesaj göndərə biləcəklər.

Funksiya hazırda Android üçün 2.25.23.21 beta versiyasında test olunur. Zəng interfeysində "Zəngi bitir” və "Yenidən zəng et” düymələrinin arasında yeni "Səsli mesaj yaz” seçimi yerləşdirilib.

Düyməyə toxunduqda avtomatik olaraq səs yazılır və söhbət ekranına buraxılmış zəng bildirişi ilə birlikdə göndərilir. Bu, istifadəçilərə mesajla zəngin bir-biri ilə əlaqəli olduğunu göstərir.

Yeni xüsusiyyətin "WhatsApp”ın stabil versiyasına nə vaxt əlavə ediləcəyi hələ məlum deyil.
OXŞAR XƏBƏRLƏR