Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə qəza olub, xəsarət alanlar var
HADİSƏ
22:02 27.08.2025
180
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ" markalı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub.

Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
OXŞAR XƏBƏRLƏR