Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var

Qazaxda avtomobillər toqquşub, xəsarət alanlar var
HADİSƏ
21:17 06.09.2025
368
Qazaxda avtomobillər toqquşub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Çaylı kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər;- 1992-ci il təvəllüdlü Niyaz Bayramov, 1989-cu il təvəllüdlü Sadıq Sadıqov və daha bir nəfər (kimliyi dəqiqləşdirilir-red) müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR