Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, BMW markalı avtomobil yolu keçən naməlum piyadanı (kişi-red) vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.