Payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində 9 sentyabr tarixində təmir işləri aparılacaq.
Bu barədə AZXEBER.COM-a "Azərişıq" ASC-dən bildirilib.
Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Xolmili, Kənarmeşə, Moğonojoba, Seyidəkəran, Şıxakəran, Şürük, Türkəkəran, Tütəpeştə, saat 10:00-dan 15:00-dək Darquba, Kərgəlan, Şağlaküçə kəndləri, saat 14:00-dan 16:00-dək Aşağı Nüvədi, Gərmətük qəsəbələri və Viyən kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.