"Formula 1"ə görə bu yollar bağlanacaq - SİYAHI

"Formula 1"ə görə bu yollar bağlanacaq - SİYAHI
SOSİAL
09:24 11.09.2025
257
15 sentyabr tarixindən etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

AZXEBER.COM xəbər verir ki, 19–21 sentyabr tarixlərində keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə 12 sentyabr gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə 15 sentyabr gecə saat 01:00-dan 23 sentyabr səhər saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyətlər tətbiq olunan zonalarda giriş-çıxış yalnız "Yaşayış Yerinə Giriş İcazəsi" ilə mümkün olacaq.

Qeyd edək ki, son iki ilin təcrübəsinə əsaslanaraq, bu il də şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq. 

Belə ki, 15-16-17 sentyabr tarixlərində  yarış zolağının aşağıda sadalanan giriş-çıxış hissələri səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün dayanma və durma olmadan sərbəst olacaq.

18 sentyabr tarixində isə səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək bu yollar açıq olacaq.

Giriş nöqtələri:

●    Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində.

●    M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində.

●    S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində.

●    Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində.

●    Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.

Çıxış nöqtələri:

●    Neftçilər prospektindən Bakı Dəniz Limanı və Crescent Mall istiqamətində.

●    İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində.

●    Neftçilər prospektindən Azneft dairəsi və Dəniz Mall istiqamətində.

BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit korridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, Tranzit dəhlizləri açıq olduğu zaman, nəqliyyat vasitələrinin parklaması, sərnişin minmə və enməsi qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

Nəqliyyatın hərəkəti ilə bağlı daha ətraflı məlumat BŞH-nin rəsmi veb səhifəsində yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
12:47 11.09.2025
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
12:42 11.09.2025
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
12:36 11.09.2025
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
12:32 11.09.2025
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
12:25 11.09.2025
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
12:19 11.09.2025
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
12:18 11.09.2025
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
Paşinyan Rusiyaya səfər edəcək - Putinlə görüşəcək
12:17 11.09.2025
Paşinyan Rusiyaya səfər edəcək - Putinlə görüşəcək
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldı
12:13 11.09.2025
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldı
Bu ölkədə övladlarının yanında siqaret çəkən valideynlər cərimələnəcək
12:08 11.09.2025
Bu ölkədə övladlarının yanında siqaret çəkən valideynlər cərimələnəcək
Formula 1-ə görə bu məktəblərdə dərslər onlayn olacaq
12:05 11.09.2025
Formula 1-ə görə bu məktəblərdə dərslər onlayn olacaq
Bir sıra QHT-lərin saxta orden və medallar verməsi ilə bağlı - Bəyanat
12:00 11.09.2025
Bir sıra QHT-lərin saxta orden və medallar verməsi ilə bağlı - Bəyanat
Yol Polisindən sürücülərə və piyadalara XƏBƏRDARLIQ
11:44 11.09.2025
Yol Polisindən sürücülərə və piyadalara XƏBƏRDARLIQ
"Özəl məktəblərdə təhsil haqqı yüksəkdir" - DEPUTAT
11:34 11.09.2025
"Özəl məktəblərdə təhsil haqqı yüksəkdir" - DEPUTAT
"Deyir uşağı atamın evindən gətirməmişəm, sən baxmalısan" - Əməkdar artist
11:33 11.09.2025
"Deyir uşağı atamın evindən gətirməmişəm, sən baxmalısan" - Əməkdar artist
Nazir: Müəllimlər şeirin arxasında gizlənməsin, əzbərçilik oxuyub-anlamaq bacarığı deyil
11:32 11.09.2025
Nazir: Müəllimlər şeirin arxasında gizlənməsin, əzbərçilik oxuyub-anlamaq bacarığı deyil