Qəzzada ölənlərin sayı artdı

Qəzzada ölənlərin sayı artdı
DÜNYA
14:40 22.09.2025
285
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin davam edən hücumları və aclıqdan ölənlərlə bağlı son məlumatlar verilib.

Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağında 61 ölü və 220 yaralı xəstəxanalara çatdırılıb.

Yanvarın 19-da razılaşdırılmış atəşkəs rejiminin pozulmasından sonra İsrail ordusunun Qəzzada martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 12 min 785 fələstinlinin həlak olduğu, 54 min 754 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 65 min 344-ə, yaralıların sayı isə 166 min 795-ə yüksəlib.

Qəzza zolağında minlərlə ölülərin dağıntılar altında qaldığı bildirilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR