Məşhur müğənni Ziynet Salinin polis tərəfindən saxlanılması ilə bağlı yayılan xəbərlər vəkili Cemil Cem Eribol tərəfindən təkzib edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkilin sözlərinə görə müğənni ifadə verməyə dəvət olunub, lakin hazırda xaricdə olduğu üçün qayıtdıqdan sonra ifadə verəcək.
O həmçinin qeyd edib ki, müğənni həyatı boyu siqaret belə çəkməyib və aparılan istintaqla heç bir əlaqəsi yoxdur.