Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda avtomobil piyadanı vuraraq öldürüb
HADİSƏ
23:52 10.10.2025
188
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Qızılağac kəndində qeydə alınıb.

Belə ki, naməlum avtomobil Qızılağac kənd sakini, 2003-cü il təvəllüdlü Kərimov Malik Şamil oğlunu vuraraq öldürüb.

Hadisəni törədən şəxs hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR