Ağcabədidə ağır qəza - Ölən var

Ağcabədidə ağır qəza - Ölən var
HADİSƏ
19:04 16.11.2025
138
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Ağcabədi şəhər ərazisində qeydə alınıb.

"VAZ 2106" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində birinci maşın zərbənin təsirindən yol kənarında dayanan "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "VAZ"ın sürücüsü hadisə yerində ölüb. "Opel" markalı avtomobilin sürücüsü, Saməddin adlı şəxs isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR