Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var
HADİSƏ
22:41 21.11.2025
129
Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Meyniman kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı kənd sakinləri; 2001-ci il təvəllüdlü Məmmədova Şəfa Ötər qızı, 1983-cü il təvəllüdlü Məmmədov Vəfa Bayram oğlu və daha bir nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
 
/report
OXŞAR XƏBƏRLƏR