Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb

Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürüb
HADİSƏ
21:35 12.12.2025
171
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Baku-Quba yolunun Yaşma bağları adlı yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, yük avtomobili yolu keçən piyadanı (kişi) vurub. Nəticədə piyada (şəxsiyyəti dəqiqləşdirilir-red.) aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR