Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi
SOSİAL
21:43 06.01.2026
115
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

"Məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
OXŞAR XƏBƏRLƏR